Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

İrandan qayıdan Azərbaycan vətəndaşı (1969-cu ildə anadan olub) bu gün koronavirusdan ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında ​​deyilir.

Geri qayıtdıqdan sonra böyrək çatışmazlığı və ağır immun çatışmazlığı səbəbindən vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun  koronavirusa da yoluxduğu müəyyən edilib. O, xüsusi rejimli xəstəxanaya yerləşdirilib, ancaq onu xilas etmək mümkün olmayıb. Qadının ailə üzvləri və onunla ünsiyyətdə olan digər şəxslər karantinə alınıb. Ölən şəxsin adı açıqlanmır.

Daha çox göstər
Back to top button