Başlıcaİctimaiyyət

Ermənistanda daha üç nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda koronavirusa daha 3 yoluxma halı qeydə alınıb. Bu barədə ER Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

“Təəssüf ki, bu gün koronavirusa daha 3 yoluxma halı qeydə alınıb.

İki nəfər ER vətəndaşı (45 və 27 yaşlı), bir nəfər isə İtaliya vətəndaşıdır (51 yaşlı). O Ermənistanda işləyir. Üçü də İtaliyadan gəldilər.

İndi karantinə almaq üçün onların ətraf mühiti dəqiqləşdirilir, bu da ilkin məlumatlara görə, böyük deyil.

İtaliya vətəndaşının və ER vətəndaşlarından birinin şikayəti yoxdur, digər ER vətəndaşının isə ağciyər iltihabı var.

Xəstələr gələn kimi qeydə alınıblar”.

Baş nazir İtaliyadan uçuşların dayandırılmamasına dair tənqidlərə gəlincə isə, qeyd edib ki, belə bir qərarı müzakirə etmişdilər, lakin potensial yoxulanlar Ermənistana İtaliyanın qonşu ölkələrindən Fransa, Avstriyadan gələ bilərlər, çünki Aİ daxilində heç bir məhdudiyyət tətbiq edilmədi.

“Yəni, bu mətiqlə biz Avropanın digər istiqamətlərini də bağlamalıydıq, çünki koronavirus Avropanın digər ölkələrində də yayılır.

İndi avia şirkətləri özü İtaliyadan uçuşları dayandırma qərarına gəliblər.

Qeyd edəm ki, “Golden Palace”-dəkilər və ilk xəstəmiz yaxşıdır, onların şəkayətləri yoxdur.

Əziz həmvətənlər, xahiş edirəm sakit olun və Səhiyyə Nazirliyinin Koronavirusun qarşısının alınması tədbirlərinə dair tövsiyəsinə əməl edin”,- Nikol Paşinyanın paylaşımında deyilir.

Daha çox göstər
Back to top button