BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti : “Şuşi qırğınları nə üçün soyqırımı olaraq səciyyələndirilmir?”

Martın 22-26-da Şuşi erməniləri  qırğınının 100 illik yubileyi ilə əlaqədar Artsaxın Şuşi şəhərində beynəlxalq elmi-praktik elmi konfrans keçiriləcəkdir.

Beynəlxalq formatda olan  bu təşəbbüsü, ER MEA Tarix İnstitutunun Erməni  məsələsi  və Erməni Soyqırımının  Tarixi şöbəsinin müdiri   tarixşünas Armen Marukyanı çox vacib bir hadisə hesab edir.

 Hayastani Hanrapetutyun”  ilə söhbətində  sonuncu  dedi ki, konfransda  yalnız Ermənistan və Artsaxdan olan mütəxəssisləri, tarixçiləri, politoloqları deyil, eyni zamanda, müxtəlif ölkələrin mütəxəssislər də gələcək ki, Şuşidə  baş vermiş  hadisələrlə  əlaqədar öz  tənqidlərini və mövqelərini bildirsinlər.

“Bu tədbir olduqca mühüm əhəmiyyət  kəsb edir   nəinki yalnız elmi baxımdan, həm də Türkiyə və Azərbaycan anti-erməni təbliğatına ləyaqətli reaksiya üçün vacibdir-deyərək  tarixçi vurğulayıb.

Şəhərin erməni əhalisinin qırğını,   zorla  köçürülməsi, əmlakının və  şəxsi  var yoxunu  yerlə yeksan etməsi və talan edilməsi 1920-ci ildə Türkiyə ordusu, tatarlar və ayrı-ayrı kürd qrupları tərəfindən martın 22-26-da həyata keçirildi. Cinayət nəticəsində Artsax ermənilərinin siyasi, iqtisadi və mədəniyyət  mərkəzi ermənilərdən tərk olunaraq məhv  edildi”.

Daha çox göstər
Back to top button