İctimaiyyətSiyasət

İtaliyadan qayıdan Azərbaycan vətəndaşları karantinə alınıb

«İtaliyada təhsil alan və ölkəyə dönən Azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım Xidmətinin ambulansları cəlb edilib».

Azadliq.org saytına əsasən, bu barədə martın 12-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb.

Qurum bildirib ki, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

Məlumatda onların sayı göstərilmir. Amma bəzi yerli saytların məlumatına görə, onların sayı 20-dən çoxdur.

Qeyd edək ki, Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Onlardan 3-nün indiyə kimi sağaldığı deyilir. Əsasən İrandan qayıdan yüzlərcə şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 4 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

Daha çox göstər
Back to top button