BaşlıcaTəhlil

Azərbaycan Naxicevanda niyə aktivləşib və bütün bunların arxasında nə dayanır?

Moskva ilə münasibətlərinin pisləşmə fonunda Ankara Cənubi Qafqazda öz mövcudluğunu artırmaq niyyətindədir.

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisəni şərh edərkən “Orbeli” mərkəzinin regional məsələlər üzrə eksperti Karen Veranyan Sputnik Armenia-ya deyib ki, Türkiyə Naxicevanda öz varlığını artdırır.

Martın 10-da Azərbaycan SQ tərəfindən Ermənistan və Azərbaycan dövlət sərhədinin Naxicevan istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində snayper atəşindən ER SQ-nin 36 yaşlı müqaviləli hərbçisi Zohrab Sianosyan ölümcül yaralanmışdır.

“Məsələ qismən Suriya və Liviya hadislərinin fonunda regionda Türkiyə siyasətinin aktivləşməsi ilə əlaqədardır. Ankara, Putin-Ərdoğan görüşündən öncə və sonra Moskvaya əlavə bir təzyiq olaraq Cənubi Qafqaz istiqamətindən istifadə etmək istəyir”,-deyə Karen Veranyan qeyd etdi.

Bütün bu, Ərdoğan-Əliyev görüşündən sonra baş verir. O görüşdə isə bir sıra layihələr, o cümlədən İğdır-Naxicevan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi müzakirə olundu. Bu layihələr 10 ildən çoxdur ki, müzakirə olunmaqdadır, lakin Ankara yalnız indi maraq göstərməyə başladı.

Beləliklə, Türkiyə hakimiyyəti Əliyevin ümidlərini doğrultmağa və Rusiyadan uzaq tutmağa çalışır.

Türkiyə keçmişdə də belə aktivlik göstərirdi. Əsasən hərbi komponentə, bölgənin hərbiləşdirilməsinə, yəni silah tədarükünə diqqət yetirirdi.

Türkiyənin iqtisadi mövcudluğunun artması Azərbaycanın “böyük qardaşından” daha çox asılı olmasına gətirib çıxarda bilər. Oysa Bakı üçün problem ola bilər.

“Aydındır ki, iki ölkə arasında dostluq ideologiyası var, amma bəzi problemlər var ki, onlar barədə danışmaq istəmirlər. Moskva və Ankara münasibətlərinin pisləşməsində Türkiyə Azərbaycanı daha güclü şəkildə özünə bağlamağa çalışır”,-deyə Veranyan qeyd etdi.

Boşuna deyil ki, Ankara Qarabağ prosesinə müdaxilə etməyə çalışır, lakin bu kontekstdə uğurluq haqda danışmaq çətindir.

Ermənistan-Azərbaycan sərhədinin Naxicevan istiqamətində baş verən hadisə məsələsində KTMT-in rolu əhəmiyyətli olmalıdır, çünki Azərbaycan Silahlı Qüvvələri birbaşa ER sərhədlərinə atəş turublar.

Bu məsələ KTMT yurisdiksiyasındadır. Belə hallarda Təşkilat Baş katibinin bəyanatları səviyyəsində çıxış edir.

“Heç bir hüquqi qiymətləndirmə, iqtisadi və ya siyasi-hüquqi sanksiyalar yoxdur.  Bu baxımdan KTMT-nin səmərəliliyinin artırılmasına ehtiyac var.

Onun fikrincə, layiqli reaksiyanın olmaması ilk növbədə Təşkilat imicinə zərbə vurur və Ermənistanın müraciyədi bu məsələdə prioritetli deyil.

Veranyanın sözlərincə, KTMT-nin passiv reaksiyası Azərbaycanı yeni təxribatçı hərəkətlərə sürükləyir.

Daha çox göstər
Back to top button