Başlıcaİctimaiyyət

Azərbaycanın Rus İcmasının rəhbəri RF Baş prokuroruna müraciət edərək öz arqumentlərində çaş-baş qalıb

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova müraciət edib. Müraciət “Çarqrad” telekanalında jurnalist Vladimir Xomyakovun “Ruslar getməyin, bizə fahişlər və qullar lazımdır” (Русские не уезжайте, нам нужны рабы и проститутки) adlı qalmaqallı məqaləsinə görə ünvanlanıb.

Deputat Azərbaycanda ruslara qarşı guya qərəzli münasibətin iddia olunduğu məqaləni dezinformasiya adlanıdırıb. Onun sözlərincə, məktubda məqalədə tarixin tamamilə təhrif edildiyinə, 1990-cı ildə Bakıdakı poqromlar faktlarının və hadisələrinin saxtalaşdırıldığına dair sübutlar təqdim edilib.

Məktubda Zabelin Xomyakovu pisləyərək qeyd edir ki, Bakıda insanları azərbaycanlılar deyil, Sovet qoşunları öldürmüşdür. Maraqlıdır ki, o məhz ermənilərin öldürülməsini deyil də, ruslar, yəhudilər və “başqa millətlərdən olanların” öldürülməsini vurğulayır.

İnfoteka24 yazır ki, Zabelin erməniləri “Sumqayır və Bakı sakinlərini təhrik etməkdə” ittiham edərək faktiki olaraq təsdiq edir ki, bu anti-erməni əməliyyatları məhz şəhərin sakinləri də törətmişdilər.

Bundan əlavə, Azərbaycanın Rus İcmasının rəhbəri öz sözlərinə zid olaraq qeyd edir ki, Xomyakovun məqalədə yazdığı kimi, “heç bir rus döyülmədi və öldürülmədi”, lakin o yuxarıda əksini yazmışdı.

Azərbaycanda tarixi faktları o qədər saxtalaşdırırlar ki, özləri də öz mövqeyində qarışırlar. Təəssüf ki, rejimin qurbanı orada yaşayan xalqlarıdır, hansılar ki ermənilərin taləyinə nəsib olmasınlar deyə məcburən rəsmi təbliğatı edirlər. Bunlar oyun qaydalarıdır.

Daha çox göstər
Back to top button