Başlıcaİctimaiyyət
İraq 112 uşağı Azərbaycana deportasiya edib

İraq hökuməti Azərbaycana 112 uşaq göndərib. Onların valideynləri İŞİD terror təşkilatı ilə əlaqələrinə görə həbs olunub.
İraq XİN-in bu məsələ ilə bağlı məlumatında deyilir ki, Azərbaycan XİN və ölkənin Bağdaddakı səfirliyi ilə daim əlaqə saxlanılır.
Beləliklə, İraqdan deportasiya olunan azərbaycanlı uşaqların ümumi sayı 248-ə çatıb, İraq XİN qeyd edib.