BaşlıcaSiyasət

Azərbaycan ordusu Qarabağda “Idlib” ssenarisinə hazırlaşır: Azərbaycan KIV-ləri

Azərbaycan Müdafiə nazirliyində rəsmi görüş keçirilib, Müdafiə naziri Zakir Həsənov mart ayının əvvəllərində keçirilən genişmiqyaslı hərbi təlimlərin nəticələrini müzakirə edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Türkiyə silahlı qüvvələrinin təcrübəsinin öyrənilməsi ordunun hazırlıq planına daxil olacağını, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparılacağını, habelə Türkiyənin müasir silahları, hərbi texnikası və texnikası ilə təmin olunacağını bildirib. Bu barədə haqqin.az saytı məlumat yayıb.

“Gördüyünüz kimi, söhbət fevral ayının sonlarında Türkiyə ordusunun Suriyanın şimalında Bəşər Əsəd qüvvələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar barədədir. Həmin günlərdə Türkiyə ordusu İdlibdə Suriya aviasiyasının vurduğu raketlər nəticəsində 36 hərbçini  itirdi. Buna cavab olaraq, Türkiyə ordusu Bəşər Əsəd qoşunlarına və ona dəstək verən muzdlulara qarşı hərbi tərübədə görünməmiş  taktikadan istifadə etdi. Bu əməliyyat dünyada geniş rezonans doğurdu və nüfuzlu nəşrlər və hərbi ekspertlər qeyd edir ki,   Türkiyə pilotsuz uçan aparatlar və süni intellekt tərəfindən idarə olunan kamuflyaj dronlarından istifadə edərək hərbi əməliyyatlar apara bilən ilk ölkədir”- deyə qəzet, Qarabağda oxşar əməliyyatları həyata keçirmək üçün Azərbaycanın imkanları ilə paralellər çəkir.

“Çox güman ki, bu pilotsuz uçan aparatları və kamuflyaj dronlarını Türkiyədən almaq üçün danışıqlar aparılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədən müasir silah və hərbi texnikanın alışının davam edəcəyini bildirdi”- deyə mənbə bildirib.

Daha çox göstər
Back to top button