BaşlıcaSiyasət

ER XİN mətbuat katibi Azərbaycanın XİN-ə: “Tarixi Azərbaycan” ifadəsindən imtina edin. Bu sizin güclü tərəfləriniz deyil”

Cənubi Qafqaz ərazisində  Azərbaycan adlanması  həm siyasi həm  hətta coğrafi baxımlarla   yalnız bir əsrlik tarixi var,  bəs Azərbaycanadlanmanın  istifadəsi isə  ondan da yenidir

Bu  haqda Ermənistan Xarici işlər nazirliyinin  mətbuat katibi Anna Naqdalyan Azərbaycanın  XİN  bəyanatı barədə suala toxunmaqla bəyan edib.

Aşağıda sual-cavabı səthi olaraq diqqətinizə təqdim edirik:

Sual: – Azərbaycan Xarici işlər nazirliyinin sözçüsü dünən sizin  yayılan şərhinizə  səslənmişdir. Bu bəyanatda  təkrarən  ərazi, tarixi iddialar özünə yer tapıb, habelə Ermənistan Respublikasında daxili siyasi və demokratik proseslər  mənfi qiymətləndirilib. Eyni zamanda, sizin cavablarınız, Azərbaycan tərəfinin fikrincə, erməni tərəfinin məhdudiyyətli  düşüncə tərzini əks edir. Şərhə ehtiyac varmı?.

Cavab: –  Bəli var , amma çox qısaca. Hesab etmirəm ki, sözlərin sayı heç bir formada ifadə olunan düşüncənin  reallığını və dəyərini sübut edə bilər. Bunun ən yaxşı nümunəsi, Azərbaycan Xarici işlər nazirinin mətbuat katibinin bəyanatıdır ki,orada faktların istisna olunmasını, mübahisələrin olmamasını reallıqla əlaqəsi olmayan sözlər toplusuyla  pərdələmək  cəhdidir.

Bu baxımdan iki məqama toxunmaq istərdim: tarix və demokratiya.

Ümumiyyətlə  Ermənistana qarşı tarixi tələblər  qoymazdan öncə,”tarixi Azərbaycan” ifadəsini  istifadə etməkdən  çəkinməyinizi   sizə məsləhət  görərdim.

Cənubi Qafqaz ərazində  Azərbaycan adının həm siyasi, həm də coğrafi cəhətdən yalnız bircə əsrlik tarixi var. azərbaycanlılar  adlanma ifadəsisə  ondan da yenidir.

 Biz başa düşürük ki, son yüz ildə bu ölkədə yeni bir mənlik formalaşması prosesiina başlanılıb və davam olunmaqdadır ki, biz müdaxilə etmək istəmirik, bununla belə  bu o  demək deyl ki,  mütəmadi şəkildə  tarix Azərbaycanın  güclü tərəfi olduğunu xatırlada bilmərik.

Demokratiyaya gəldikdə, yəqin ki, bu məsələdə  göründüyü kimi  Azərbaycan tərəfi ilə də çox fərqli  təsəvvürlərimiz var. Məsələn, biz, bir ailənin müxtəlif üzvləri arasında hakimiyyətin və səlahiyyətlərin ötürülməsinin demokratik təcrübənin bir hissəsi olduğunu düşünə bilmərik.

Azərbaycanın aşağı demokratik standartlarını qiymətləndirməyimiz də müxtəlif indekslər vasitəsilə insan hüquqları və demokratiyanın vəziyyətini qiymətləndirən müxtəlif beynəlxalq  ifaçılar tərəfindən dəfələrlə təsdiqlənir.

Belə olan təqdirdə həmçinin faktlaşdırmalıyıq ki,demokratiya da Azərbaycanın güclü tərəfi  deyil.

Sonda  qeyd etmək istərdik ki,hətta mövcud anlaşmalarda  fərqlilik  olsa belə,  təmasların  mövcud olması amilində  səslənmə tonunda hörməti saxlamaq, korrekt olmaq mümkündür.Bu istəyi  Azərbaycan tərəfinə də  ünvanlamaq istərdik.

Daha çox göstər
Back to top button