Başlıcaİctimaiyyət

Ermənilərin yaratdığı startap “Forbes”-in ən yaxşı 100 “bulud texnologiyaları” sırasındadır

Amerikanın “Forbes” jurnalına görə, erməni Ara Mağdesyan və Vahe Kuzonyanın yaratdığı “ServiceTitan” proqram platforması ən yaxşı 100 şirkət sırasında 14-cü yeri tutub. Bu barədə “RUSARMİNFO” xəbər verir.

Startap 2012-ci ildə Glendeldəyaradılıb. Ev işlərini (havalandırma, santexnika, istilik, kondisioner) həyata keçirən şirkətlərə soft texnologiyalar təqdim edərək, işin optimallaşdırılmasına və müştəri xidmətinin yaxşılaşdırılmasına kömək edir. 2018-ci ildə şirkət “Index Ventures”, “Dragoneer” və digər tanınmış şirkətlərdən biznesi inkişaf etdirmək üçün 165 milyon dollar dəyərində investisiya cəlb etdi. Qeyd olunur ki, startap cəmi 326 milyon dollar maliyyə cəlb edib.

Dünyanın iş həlli analiz platformalarından biri olan G2 “ServiceTitan”-ı ev şirkətlərinə proqram həlləri təklif edən ilk İT şirkəti adlandırır. G2, ermənilərin yaratdığı proqramın reytinqini beş ulduzdan dörd ulduzla qiymətləndirir.

Daha çox göstər
Back to top button