Başlıcaİctimaiyyət

Ermənistanda ərzaq problemi yoxdur – Baş nazir həddindən artıq alış-veriş etməməyə çağırıb

ER Baş naziri Nikol Paşinyan vətəndaşları həddindən artıq alış-veriş etməməyə çağırıb, çünki Ermənistanda ərzaq problemi yoxdur. Bunu Baş nazir Paşinyan öz Facebook səhifəsində canlı yayım ərzində bildirib.

“Ərzaqla bağlı problemimiz yoxdur. Olsa da, biz bu məsələni həll edərik. Xahiş edirəm, həddindən artıq alış-veriş etməyin, həddindən artıq səs-küy yaymayın, yalnız hökumət və dövlət orqanları tərəfindən yayılan xəbərlərə etibar edin”,-deyə Paşinyan qeyd etdi.

ER Baş naziri əlavə etdi ki, bu böhrandır, amma bu böhrandan daha güclü çıxmalıyıq.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoxulanların sayı 30-a çatdı. İlk yoxulma halı isə, martın 1-də qeyd edilmişdi. O, Ermənistana İrandan gəlmişdi, lakin artıq müalicə edilmiş evə buraxılmışdır.

ER hökuməti 16 martda Ermənistanda və ya ölkənin ayrı hissələrində fövqəladə vəziyyət elan edilməsi məsələsini müzakirə edəcək.

Daha çox göstər
Back to top button