
ER hökumətinin qərarı hələ parlamentdə təstiq olunmalıdır.
ER hökuməti növbədənkənar iclasda elan olunmuş 1 saat fasilədən sonra, yeni növ koronavirusun dünyada və Ermənistanda və Dünya Səhiyyə təşkilatı tərəfindən ümumyoluxucu səciyyələndirilməsi amilini nəzərə alaraq Ermənistan ərazisində fövqalədə vəziyyət elan olunması barədə qərar qəbul etdi.
Yekdilliklə qəbul olunan qərara əsasən,Ermənistan Respublikasının bütün ərazisində martın 16-da saat 18:30-dan aprelin 14-ü saat 17:00-a kimi fövqalədə vəziyyət rejimi mövcuddur.
Fasilə zamanı qanun layihəsinə edilən dəyişiklikləri təqdim edən Ədliyyə naziri Rustam Badasyan, fasilə zamanı layihədə edilən dəyişiklikləri təqdim edərək xüsusiylə qeyd etdi ki, fövqalədə vəziyyət müddətində ER sərhəd keçid məntəqələrində ER vətəndaşları və onların ailələrinin ER vətəndaşı olmayan üzvüləri , rəsmi səfərlə ER –a gəlmiş yadelli vəzifəli şəxslər və onları müşaiyyət edənlər, eləcə də ER-da işləyən diplomatik nümayəndələrin əməkdaşları və onların ailələrinin girişinə icazə veriləcəkdir.
“Keçid məntəqəsindən ER vətəndaşlığı olmayan o şəxslərin girişinə qadağan qoyulur, kimlər ki, ER ərazisinə komendantın qərarıyla sahmanlaşmış epidemioloji yayılma tapmış ölkələr siyahisində cəlb olunan ölkələrdən, yaxud 14 gün ərzində həmin riskli ölkələrdə olmuşlar”-deyərək layihədən Badasyan sitat gətirərək əlavə edib ki, diplomatik nümayəndəliyin əməkdaşları üçün bu müddəada istisna nəzərdə tutulub.
Fövqəladə vəziyyət zamanı ER vətəndaşalrının çıxışına gəlincə, buna yükdaşıyıcılarının ixtiyarı var.
Dəfn mərasimi yalnız komendantın qərarıyla Ermənistan Respublikasının bütün ərazilərində deyil, müəyyən ərazilərdə ziyarətgahlarla məhdudlaşdırılacaqdır.
Xatırladaq ki, parlament Konsitusiya qanununa uyğun olaraq hökumətin fövqalədə vəziyyət elan etmək qərarı amilində, qərarın qəbulundan 4 saat ərzində parlament xüsusi iclas dəvət edir.
Məsələnin müzakirəsi zamanı əsas məruzəçi Baş nazir və ya hökumət nümayəndəsidir. Qərarın qəbulu üçün, deputatların ümumi sayının mütləq əksəriyyətinin, yəni, lehinə olacaq 67 səs tələb olunur.
Artıq Ermənistanda 30 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. İlk hadisənin martın 1-i səhər saatlarında baş verdiyi bildirilib. Yoluxmuş şəxsin 29 yaşlı bir kişi olduğu, fevralın 28-də İrandan Ermənistana gəldiyi bildirilib. O, artıq xəstəxanadan buraxılıb.
Martın 11-də Ermənistanda üç yeni koronavirus hadisəsi aşkar edilib.
Yoluxanlar İtaliyadan gəlmişdilər. Onlardan biri Eçmiadzin sakini olub və deyilənə görə, oğlunun seçdiyi qız üçün gəlinlik paltarını almaq üçün İtaliyaya getdiyini, sonra Eçmiadzində toy məclisində iştirak etdiyi bildirilib. Bundan sonra yoluxmuş insanların sayı artmağa başladı.
Dünən səkkiz koronavirus infeksiyası hadisə təsdiqləndi. Onların arasında Eçmiadzin məktəbində oxuyan bir uşaq da olub. Xəstəliyə yoluxanların, o cümlədən məktəb yaşlı uşağın səhhəti qənaətbəxşdir. Paşinyanın sözlərinə görə, 2 nəfərdə ağ ciyər sətəlcəmi var, bununla belə onların həyatları təhlükə altında deyil.
Qeyd edək ki, təhsil müəssisələri ən azı martın 23-dək fəaliyyət göstərməyəcək. ER Təhsil və elm naziri Arayik Harutyunyanın göstərişi ilə qiyabi şəkildə təhsilin təşkili üçün xüsusi onlayn platformalar yaradılır. Teatrlar, konsert salonları, böyük ticarət mərkəzləri və bir sıra idman salonları fəaliyyət göstərməyəcək.