Koronavirus xəstələrinin sayı 26-ya çatıb. 3 yeni hadisə qeyd edildi

Ermənistanda daha üç təsdiqlənmiş koronavirus hadisəsi qeydə alınıb, bunlardan ikisi “Eçmiadzin” hadisəsi ilə əlaqədardır. Ermənistanda baş verənlərin ümumi sayı 26-ya çatdı. Saat 19: 30-da olan vəziyyət öz “Facebook” səhifəsində Ermənistanın Səhiyyə naziri Arsen Torosyan tərəfindən məlumatlandırılıb.
“Daha 3 təsdiqlənmiş hadisə var, bunlardan 2-si Eçmiadzin hadisəsiylə əlaqədardır və öncədən təcrid olunmuşdular. Digər hadisə, İtaliyadan bu yaxınlarda qayıdan bizim vətəndaşımızda Meğridə qeydə alınıb.
Ümumilikdə, hazırda təsdiqlənmiş 26 hadisəmiz var”-deyərək Torosyan yazıb.
O, eləcə də məlumatlandırıb ki, bu günəcən yeni koronavirus aşkar edilməsiçün 577 tədqiqat aparılıb. Hazırda 300 vətəndaş təcrid olunmuşdur. Yeni bir hadisəylə yaxından əlaqədə olanlar aşkar olunaraq təcrid olunur.