Başlıcaİctimaiyyət

Paşinyan, koronavirus-un ikinci testindən keçdi: o, Meğrinin yoluxmuş bir sakini ilə təmasda olub

Ermənistanın Baş naziri kiçik şəhər Vayka səfəri zamanı yoluxmuş şəxslə   təmasda olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan, eləcə də ailəsinin bütün üzvləri ikinci koronavirus testini  keçiblər. Bu haqda o, Facebook-da canlı yayım zamanı bəyan edib.

“Meğridən  Yerevana qayıdarkənmən  bu vətəndaşla söhbət etmişəm . Əlbətdə ki, çox da yaxın ünsiyyət  olmayıb,  bununla belə təxminən bir saat əvvəl yeni  testdən keçməli oldum”-  deyərək  Paşinyan qeyd edib.

Baş nazir,  aydınlaşdırdı ki,  koronavirusla  yoluxmuş vətəndaş ilə qısa söhbəti  Meğridə  Konsitusiya təbliğatı kompaniyasını keçirən zaman bistroda olub.

Xatırladaq ki, Baş nazir təbliğat kampaniyada iştirak etmək üçün tətilə getmişdir, lakin koronavirus ilə vəziyyətin  kəskinləşməsi səbəbindən onu dayandırmağa məcbur oldu.

Test nəticələri bu axşam məlum olacaq.

Əgər test müsbət olarsa, Baş nazir və ailəsi Sevandakı könüllü karantinaya gedəcəklər.Əgər  olmasa, sabah Yerevana qayıdacaq və hökumət binasında  işlərini davam edəcəkdir.

Xatırladaq ki, Ermənistanda koronavirus virusuna yoluxanların sayı 28 nəfərə çatıb. Xəstələrin, o cümlədən uşağın vəziyyəti qənaətbəxşdir. İki xəstəyə ciyərlərində  sətəlcəm diaqnozu qoyuldu,  bununla belə onların həyatı təhlükə altında deyil.

Qeyd edək ki, uşaq, əksər infeksiyalılar kimi, Eçmiadzində sensasiyalı nişanlanma  mərasimindən sonra yoluxmuşdur. Haçan ki, İtaliyadan gələn bir şəhər sakini səlahiyyətli orqanların çağırışlarına zidd olaraq, evini karantinə almaqdan imtina etdikdən sonra yoluxmuşdur.

“Tacla” yoluxmuş  uşağın  məktəbində  nələr baş verir

Ən azı martın 23-ə kimi Ermənistanın bütün təhsil müəssisələri bağlanıb. Nazir Araik Harutyunyanın  sərəncamı ilə distant təhsil üçün xüsusi onlayn saytlar yaradılıb. Əksər ticarət mərkəzləri və bəzi əyləncə yerləri bağlanıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button