
Martın 15-də Artsax Respublikasının Prezidenti Bako Sahakyan işgüzar məşvərət dəvət edərək respublikada yeni koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirləri müzakirə etmişdir. Bu haqda Prezidentin mətbuat xidməti məlumatlandırıb..
Məşvərət zamanı respublikada epidemiya ilə bağlı vəziyyəti və infeksiyaya qarşı mübarizə tədbirləri təhlil edilmişdir.
Dövlət başçısı koronavirusun yayılmasının qarşısını alan mühüm amil kimi bütün ehtiyat tədbirlərinin görülməsini və ictimaiyyətin maarifləndirilməsinin vacibliyini və əhəmiyyətli faktor olduğunu bir daha vurğuladı.
Müşavirədə Artsax Respublikasının dövlət naziri Qriqori Martirosyan, Təhlükəsizlik Şurasının katibi Arşavir Ğaramyan və digər rəsmi şəxslər iştirak etmişdir.
.