BaşlıcaBeynəlxalq

AİB ölkələri koronavirusla mübarizədə bir-birlərinə dəstək olmağa razılaşdılar

Erməni tərəfi Avrasiya İqtisadi Birliyinə (AİB) tibb müəssisələrini və əhalini təmin etmək üçün müəyyən mallara idxal rüsumlarını sıfırlatmaq və ya azaltmağı təklif etdi.

AİB İdarə Heyətinin sədri Mixail Myasnikoviç bildirib ki, AİB Şurasının iclasında birliyin üzvü olan ölkələr koronavirusla bağlı vəziyyət barədə bir-birlərini məlumatlandırmağa razılılaşdılar.

“Təkcə koronavirusa görə görülən tədbirlər deyil, həm də valyuta siyasəti və miqrasiya vəziyyəti barədə qarşılıqlı məlumatlandırma ilə bağlı əsaslı qərarlar qəbul edildi. Ölkələr öz dövlətləri çərçivəsində təcrid olunmamalı, əksinə fəal fikir və məlumat mübadiləsi olmalıdır”,-deyə o, iclasdan sonra jurnalistlərə bildirib.

Myasnikoviçin sözlərinə görə, erməni tərəfi Avrasiya İqtisadi Birliyinə tibb müəssisələrini və əhalini təmin etmək üçün müəyyən mallara idxal rüsumlarını sıfırlatmaq və ya azaltmağı təklif etdi. Qırğızıstan tərəfi isə, görülən tədbirlər və ya AİB tərəfdaşları üçün maraqlı ola biləcək yanaşmalar barədə qarşılıqlı məlumatlandırma ilə bağlı təkliflər etdi.

O qeyd etdi ki, koronavirusla əlaqədar yaranmış vəziyyət artıq həm yük daşımalarına, həm də mal dövriyyəsinə təsir göstərir. Bundan başqa, pul-kredit siyasəti ilə bağlı da məsələlər əlavə edildi.

O vurğuladı ki, bu məsələ ilə bağlı qərarları milli tənzimləyici orqanlar, Mərkəzi Banklar, İqtisadiyyat nazirlikləri qəbul edirlər: “AİB məsələsi isə, insanları qarşılıqlı olaraq məlumatlandırmaq və ortaya çıxmış bu zülmlə əlaqəli itkiləri azaltmaqdır”.

RF Baş naziri Mixail Mişustin martın 16-da bəyan edib ki, Rusiya Belarus ilə sərhədləri bağlayır. Bundan başqa, Ermənistanla Rusiya da koronavirus səbəbi ilə uçuşları iki həftə təxirə salıblar.

Daha çox göstər
Back to top button