BaşlıcaSiyasət

Ara Papayan: “Türkiyə 2025-ci ilə qədər parçalanacaq”

Türkiyə 2025-ci ilə qədər prçalancaq. Bu fikirləri erməni tarixçi, diplomat, Ermənistanın Kanadakı keçmiş səfiri Ara Papyan deyib.

Diplomatın sözlərinə görə, həm iqtisadi, həm də geosiyasi baxımdan bir çox ölkələr Türkiyənin dağılmasında maraqlıdırlar. Hazırda Türkiyənin güclü müttəfiqləri yoxdur.

“ABŞ Konqresin tərəfindən Erməni soyqırımının tanınması göstərir ki, Türkiyəyə münasibətlərdə dəyişikliklər var. Elə ki, həmin gün kürdlərə silah tədarükü ilə bağlı qətnamələr qəbul olunub və Türkiyəyə qarşı sanksiyalar tətbiq olundu”, – deyə Papyan bildirib.

ABŞ-ın Türkiyə əleyhinə tətbiq etdiyi sanksiyaların daha da dərinləşəcəyinə əmin olan diplomat qeyd etdi ki, bundan əlavə, amerikalılar həm İraqda, həm Suriyada, həm də İsraildəki mövcudluğundan istifadə edərək bilavasitə hərəkətə də keçəcəklər.

Ara Papyan bildirib ki, beynəlxalq hüquq normaları da Yaxın Şərqdəki dəyişikliklərə töhfə verəcək.

Daha çox göstər
Back to top button