BaşlıcaSiyasət

Artsaxda koronavirusa yoluxma halı qeydə alınmayıb

Artsax Respublikasının Prezidenti Bako Sahakyan koronavirusun yayılmasının qarşısının alınması üçün nazirliklərarası komssiyasının yaradılması ilə bağlı tapışırıq verib. Komisyanın işlər Dövlət naziri Qriqori Martirosyan koordinasiya edir. Bako Sahakyan müntəzəm olaraq bir sıra nazirliklər və nazirliklərə cavabdeh olan şəxslərin iştirkaı ilə geniş məsləhətləşmələr keçirir. Müzakirələr ərzində profilaktika prioritetləri müzakirə olunur və aydınlaşdırılır, konkret tapşırıqlar verilir.

Artsax Respublikası və Ermənistan Respublikasının Səhiyyə Nazirlikləri arasında operativ əlaqə var. Artsaxdan olan qruplar mütəmadi olaraq diaqnoz qoymaq və müvafiq tədbirləri təşkil etmək, son informasiyalarla tanış olmaq, yeni profilaktik tədbirlər haqqında məlumat almaq və lazımi materialları əldə etmək üçün Ermənistandakı tərəfdaş təşkilatımıza göndərilir. İki nazirliklər arasındakı razılığa əsasən, Artsaxdan göndərilən nümunələrin cavabları dərhal dərc olunur. Səhiyyə naziri nəticələr barədə ictimaiyyəti məlumatlandırır. İndiyədək Artsaxdan Yerevana təxminən 70 numünə göndərilib. Martın 16-a olan məlumata görə, Respublikada koronavirus qeydə alınmayıb.

Daha çox göstər
Back to top button