BaşlıcaSiyasət

Azərbaycan XİN-i israr edir ki, bundan sonra da “hörmətsiz” danışmağı davam edəcək

“Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur”,- deyə Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ER XİN mətbuat katibi Anna Nağdalyanın bəyanatına belə reaksiya verib.

Abdullayeva əlavə etdirir ki, “Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək, on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var”.

Onun sözlərincə, “Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir”.

“Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq”,-deyə Abduallayeva qeyd etdi.

Qeyd edək ki, Anna Nağdalyanın şərhi Azərbaycan XİN-nin mətbuat xidmətindən həyasız bəyanatından sonra edilmişdi. Azərbaycan XİN-nin bəyanatında Əliyevlər ailəsinin korupsiya rejiminin mövcud reallıqlar barədə heç bir təsəvvürü olmayan rəsmisi Ermənistanı öz tarixini “oyrətməyə” qalxdı və Ermənistanın demokratik hökumətinə və Baş nazirinə hörmətsiz ifadələr etdi.

Daha çox göstər
Back to top button