
Danışıqların aparıldığı yalnız 2 məsələ var ki, o da tərəflərin ziddiyyətli yanaşmaları olduğu iki mübahisəli məsələdir, yəni o da status və sərhədlər məsələsi. NEWS.am ilə söhbət edən Artsax Respublikasının Prezidentliyə namizədi David Babayan, Artsax məsələsinin həlli kontekstinə dair suala cavab verərkən, rəsmi Stepanakertin geri çəkilməməsi üçün hansı qırmızı xətlərin olduğunu söylədi.
Babayanın sözlərinə görə, bütün digər məsələlər bu iki məsələlərdən asılıdır.
“Bizim üçün buradakı “qırmızı xətlər” aşağıdakılardır: status baxımından keçmişə dönüş ola bilməz, yəni Artsax qonşu, bərabərhüquqlu bir dövlət olmaqdan başqa Azərbaycanla heç bir münasibətdə ola bilməz. Biz Azərbaycanın tərkibində olmağı təsəvvürrümüzə belə gətirə bilmərik”-deyə Babayan qeyd edib.
Onun sözlərinə görə, muxtar bir bölgə ya da muxtar respublika deyilən ümumiyyətlə istisna olunur.
“1988-ci ildə ümumi bir dövlət ideyası da imtina edildi və özü də Azərbaycan tərəfindən imtina edildi.Yəni, bununla da o bu nəzəri və praktik fürsəti bağladı. Sərhədlərə gəlincə, sərhədlər elə olmalıdır ki, hansılar ki, bizim müstəqilliyimizi, təhlükəsizliyimizi təmin edə biləcək qədər hər şeydən üstün olsun. İndi mövcud olan sərhədlər bu təhlükəsizliyi təmin etməyə imkan verən minimumdur”.