BaşlıcaSiyasət

ER Prezidenti A.Sarkisyan və İtaliya Respublikasının Prezidenti S. Matarella ilə koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə etdilər

ER Prezidenti Armen Sarkisyan və İtaliya Respublikasının Prezidenti  Sercio Matarella ilə koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə etdilər.Bu haqda   ER  Prezidentinin iş heyəti ilə bağlı əlaqələr idarəsindən   məlumatlandırılıb.

Prezidentlər  öz ölkələrində yeni  koronavirus yaylmasının mövcud  vəziyəti  və istiqamətləri ,  yoluxmanın qarşısını almaq və müalicəsinə  yönəlmiş tədbirlərə dair  fikir mübadiləsini  ediblər.Eyni zamanda  hakimiyyətlərin sistemləşdirilmiş və tarazlı  əməliyyatlarını və  vətəndaşların məsuliyyətli və nizam-imtizamlı  davranışının    mahiyyətini  vurğuladılar.

İtaliya Prezidentinə və İtaliya xalqına dəstəyini bildirən Prezident Sarkisyan Ermənistanda əhalinin sağlamlığının qorunması və yeni koronavirus infeksiyasının yayılmasına qarşı müvafiq addımlar atıldığını bildirdi. Prezident vurğulamışdır ki, belə bir qlobal təhlükə yarandıqda, epidemiyaların sürətlə yayılması riski daha çox olduqda, universal həll yolları, sürətli təcrübə və məlumat mübadiləsi tapılmalıdır.

Ermənistan və İtaliya prezidentləri hər bir dövlətdə görülən tədbirlərdən asılı olmayaraq təcrübə və məlumat mübadiləsi sahəsində ölkələr və müvafiq qurumlar arasında əməkdaşlığın xəstəliklərə qarşı mübarizənin effektivliyinin artırılmasına da yardım edə biləcəyi barədə razılığa gəldilər.

Eyni zamanda Prezidentlər gələcəkdə mütəmadi olaraq məlumat mübadiləsinə dair razılığa gəldilər.

Daha çox göstər
Back to top button