Başlıcaİctimaiyyət

Ermənistan xəstəxanalarına neçə koronavirus xəstəsi qəbul edilə bilər?

Baş nazir Paşinyan,  ER səhiyyə sektorunun epidemiyanın mümkün yayılması vəziyyətinə necə hazırlandığı barədə məlumat verdi.

ER Baş naziri Nikol Paşinyan  parlamentdə fövqəladə vəziyyət elan edilməsi qərarının müzakirəsi zamanı bildirdi ki, hazırda Ermənistan xəstəxanalarında koronavirus xəstələrini qəbul etmək üçün 400 çarpayı var.

 Ancaq müxtəlif xəstəxanalara 800-1000 xəstə yerləşdirə biləcək gücümüz də var”- deyərək o,əlavə etdi ki,  Norkun  infeksion  xəstəxanasından başqa yoluxucu xəstəliklər  üçün əlavə olaraq daha 3 xəstəxanası hazırlanıb. Onlardan biri 1500 xəstəni qəbul  etməyə qadirdir.

 “Hazırda 310 nəfərdən çox insan təcrid olunub. Bizim hesablamalarımızla  yenə 400 nəfəri təcrid etmək potensialımız vardır”-deyərək Paşinyan bildirib.

O,qeyd etdi ki, hökumət təcridetmə siyasətini davam etdirmək qərarına gəldi, baxmayaraq ki, dünyanın bir çox ölkələri bu seçimdən istifadə etmir.Qeyd edək ki, indiyə qədər Ermənistanda 30 koronavirus infeksiyası qeydə alınıb. 380-ə yaxın vətəndaş təcrid olunub. Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edibdir.

Eynisi, Baş nazirin sözlərinə  görə,  təcrid üçün nəzərdə tutulan sahələrə də aiddir.

Daha çox göstər
Back to top button