Başlıcaİctimaiyyət

Ermənistana koronavirusun sürətli diagnozu üçün 2 növ rapid-test veriləcək

Ermənistana koronavirusun sürətli diagnozu üçün 2 növ rapid-test veriləcək. Bunu jurnalistlərə ER Səhiyyə naziri Arsen Torosyan bildirib.

Nazirin sözlərincə, testin bir növü tüpürcək, digəri isə qan vasitəsilə koronavirusun diagnozu verəcək. Birincisi, çox güman ki, qeyri-tibbi müəssisələrdə, məsələn, hava limanında və ya sərhəd buraxılış məntəqəsində, ikincisi isə poliklinikalarda xəstəxanalarda tətbiq olunacaq . Bu testlər vasitəsilə koronavirusun olub olmaması 15 dəqiqədə aşkar olunacaq. Laboratoriya analizi üçün isə bir neçə saat lazımdır.

Onun sözlərinə görə, bu testlərin əldə edilmə tarixləri barədə danışmaq çətindir, çünki hər şey bu gün bir çox ölkədə mövcud olan maddi-texniki problemlərdən asılıdır.

Laboratoriya testlərinə gəlincə isə, nazir qeyd etdi bunların sayı 5500-dür və hər gün təqribən 100 test keçirilir.

Xatırladaq ki, hazırda Ermənistanda koronavirusa yoxulma 52 halı qeyd edildi. Yoxulanlardan biri artıq müalicə olunmuşdur.

Daha çox göstər
Back to top button