Başlıcaİctimaiyyət

Azərbaycanda daha 6 şəxs virusa yoluxdu

Azərbaycanda 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görəI, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

“Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, – məlumatda vurğulanır.

İndiyədək Azərbaycanda ümumilikdə 34 koronavirusa yoluxma halı bildirilib.

Daha çox göstər
Back to top button