BaşlıcaEkonomika

Ermənistan “İqtisadi azadlıq indeksi 2020”-də regiondakı demək olar ki, bütün ölkələri qabaqlayır

Heritage Foundationun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə, 2020-ci ildə Ermənistan 34-cü yerdədir, yəni “qismən azad” ölkələr qrupundan “əsasən azad” ölkələr qrupuna keçibdir. Ermənistan iqtisadiyyatının səviyyəsi 70.6 bal qiymətləndirilib. Keçən ildə isə, Ermənistan 47-ci yerdə idi.

Bölgədə “əsasən azad” ölkələr qrupuna yalız Ermənistan və 12-ci yerdə olan Gürcüstan daxil olub. Azərbaycan 44-cü, Türkiyə 71-ci, İran isə 164-cü yerdədir. Rusiya 94-cü, Qazaxıstan – 39-cu, Belarusiya – 88-ci yerdədir.

Siyahıya 180 ölkə daxil olundu. Sinqapur, Hong Kong, Yeni Zelandiya, Avstraliya və İsveçrə ən azad iqtisadiyyata malik olan ölkələr beşlikdədir. Boliviya, Konqo, Eritreya, Venesuela və Şimali Koreya isə siyahı sonuncularıdır.

Daha çox göstər
Back to top button