Başlıcaİctimaiyyət

NTV-də Garik Martirosyanı Azərbaycan çaya “qonaq eləməyib”

Rusiyanın NTV televiziya kanalında hər həftə “Maska” şousu yayımlanır, şou zamanı münsiflər heyəti səhnəyə çıxan iştirakçının maskasının arxasında kimin gizləndiyini təxmin etməyə çalışır.

Şounun münsiflər heyətinə Rusiya şou-biznesinin tanınmış nümayəndələri – Filip Kirkorov, Valeria, Regina Todorenko, Timur Rodriguez və Garik Martirosyan daxildir.

Şounun reklam vericilərindən biri Azərbaycan çay istehsal edən “Azerçay” şirkətidir və münsiflər üçün çaya qonaq eləyir.

İzləyicilər, Martirosyan istisna olmaqla, hər münsif üzvlərinin gözü önündə Azərbaycanda hazırlanmış çaydanın loqotipi olan çaydanının və bir stəkanın masanın üzərində olmasına diqqət çəkdilər.

Daha çox göstər
Back to top button