Başlıcaİctimaiyyət

Suriyadakı terrorçuları maliyyələşdirməkdə ittiham edilən azərbaycanlılara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində terror təşkilatı kimi tanınan İraq-Şam İslam Dövləti (İŞİD) adlı təşkilatın tərkibində döyüşənləri maliyyələşdirməkdə təqsirləndirilən Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hökmə əsasən, Sahil İbrahimov və İlqar Ağayevin hər biri 12 il, Namiq Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Daha çox göstər
Back to top button