ArtsaxBaşlıca

Arayik Harutunyan: “Artsaxda böyük bir mənziltikmə layihəsi həyata keçiriləcək”

Stepanakertdə genişmiqyaslı tikinti aparılacaq, beş ildə 5 000 mənzil. Bu haqda  Facebook efirində  Artsax Respublikasının Prezidentliyinə namizəd Arayik Harutyunyan bəyan edib.

“ 5000 tikilən mənzillər sosial cəhətcə  təminatsıız  təbəqənin   mənzil problemini həll etməyə  imkan verəcəkdir.

Dünyada ilk dəfə görünməmiş ipoteka proqramı həyata keçiriləcək. İpoteka hər kəsə verilmir və ilk dəfə ailə gəlirləri nəzərə alınacaq və əgər vətəndaşın gəliri tələb olunan səviyyədən aşağı olarsa, heç bir vergi və ya faiz ödəməyəcəkdir.

Dövlət bu ailələrin əsas qarantı rolunu oynayacaqdır. Bu o deməkdir ki, ilkin ödəniş olmayacaq və cari ödənişlər üçün, əgər vətəndaşın qazancı kifayət deyilsə, dövlət ailə gəlirləri artanadək öz ödənişlərini edə biləcək qədər doldurur və ödəyir.

Bu ağır, lakin hesablanmış bir plandır və həyata keçəcəkdir. Mənzil məsələsini ən vacib sosial məsələmiz hesab edirik və sosial gərginliyi azaltmaq  niyyətindəyik”.

Araik Harutyunyanın fikrincə, bu proqramın şüarı belədir: hər ailə üçün ayrıca mənzil.

“Mən çox uzun düşünmüşəm, məgər mənziltikmə  problemini həll edə  biləcəyikmi?.Avropa və digər inkişaf etmiş ölkələrdə ev sahibi olmaq vacib deyil. Ailə və etnik mənsubiyyət bir çox insanlar üçün vacib deyil, ancaq erməni obrazı ailəmizin, kilsə və əlifbamızın, dilimizin sayəsində  həyatda qalıb və öz ənənəvi ailəmizi qorumağa davam etməliyik.

Artsax xalqı üçün ev sahibi olmaq ən vacibdir. Sizi əmin edirəm ki, bu problemi həll etmək üçün müvafiq mənbələr tapa biləcəyəm”-deyərək Arayik Harutyunyan.

Daha çox göstər
Back to top button