BaşlıcaBeynəlxalq

AŞPA-dan bir “kağız parçası” Əliyevi jurnalisti azad etməyə məcbur etdi

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir hakimiyyətin Gürcüstanda oğurlandıqdan sonra həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtarlını azad etməsini alqışlayıb.

Məruzəçi bildirib ki, Assambleya artıq Muxtarlını siyasi məhbus kimi tanıyıb və Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır.

“Onlar, xüsusən, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının bütün elementlərini dərhal yerinə yetirməli və Assambleya ilə 2322 saylı qətnamədə (2020) əksini tapmış tövsiyələr üzərində konstruktiv işə başlamalıdırlar”, deyə Evarsdottir bildirib.

Öz növbəsində, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir də müstəqil jurnalist Əfqan Muxtarlının azad edilməsini dəstəkləyib.

Dezir qeyd etdi ki, jurnalistin işi ilə bağlı dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət edib öz narahatlığını bildirmişdir.

İnforteka 24 qeyd edir ki, Muxtarlının azad olunması AŞPA və digər beynəxalq təşkilatlar tərəfindən Azərbaycana yönəlmiş sərt tənqidlər fonunda baş verdi. Azərbaycanı mətbuata olan təzyiqlər və siyasi məhbuslara qarşı işgəncələr üçün sərt tənqid etdilər və prezident Əliyev bəyan edib ki, AŞPA-nın qətnamələri onun üçün sadəcə bir “kağız parçasıdır”. Ancaq, elə görünür ki, məhz bu “kağız parçaları” da jurnalist Muxtarlını azad etməyə məcbur etdi.

Xatırladaq ki, Muxtarlı 2017-ci ilin mayında Gürcüstanda oğurlandıqdan sonra həbs edilmişdi. Avropanın bir sıra insan haqları təşkilatları jurnalistin azad edilməsi üçün mübarizə apardılar.

Daha çox göstər
Back to top button