BaşlıcaSiyasət

Baş nazir koronavirusa yoluxan insanların sayı haqqında: “Dürüstlük risk gətirir, amma bu yolu davam etdirməliyik”

Cəmiyyət əmin, koronavirus haqqında bir nömrəli məlumat mənbəyinin hökumət olduğuna əmin olmalıdır.Bu haqda  ER  Baş naziri Nikol Paşinyan, martın 18-də, “Şant” TV-nin  “Herankar” (Perspektiv) proqramında koronavirusa yoluxanların özü tərəfindən sayının dərc olunmasına istinadən bildirib.

“Son instansiya”nın verdiyi məlumatların hər hansı bir  təhlükələri özündə əks etmirmi?- sualına cavab olaraq  Nikol Paşinyan dedi:

Olubdur ki, yazılarda sayları səhv salmışam və mənim üçün qətiyyən  çətin deyil etiraf edim və hansısa yerdə  etiraf edərək həmin  məlumatı  düzəltmişəm.Məncə ilk  məlumatı Səhiyyə nazirliyi   verir və indi informasiya kommunikasiyaları bu baxımla daha mütəşəkkildir.Belə ki, mən ilk mənbə deyiləm”.

Baş nazir, hökumətin nə düşündüyünü ictimaiyyətə çatdırmaq üçün ictimaiyyətlə əlaqə qurmağın vacibliyini vurğuladı. “Mən insanlarla ünsiyyət qururam və düşünürəm ki, pis deyil. Bu gün vicdanlı şəkildə bir, yaxud iki  saat ərzində baş verən bütün məlumatları dərc edirik.  Bizim üçün  xalqın inamlı və arxayın olması   çox vacibdir. Ermənistanda Koronavirus haqqında şayiələr yoxdur, çünki ictimaiyyət hökumətin məlumat verəcəyinə əmindir. Düşünürəm ki, dürüstlük və şəffaflıq risk gətirir, amma biz bu yolu davam etdirməliyik. İctimaiyyət bir nömrəli  məlumat mənbənin Hökumət olduğunda əmin olmalıdır”.

Nikol Paşinyan qeyd edib  ki, bütün ölkələr koronavirusa yoluxmuş vətəndaşlarının məlumatlarını eyni şəffaflıq və eyni dəqiqliklə dərc etdiyinə əminikmi?.

”Düzünü desəm, statistikaya baxarkən bütün ölkələrin bu qaydanı yerinə yetirdiyinə o qədər də əmin deyiləm. Bizim üçün o halda risklər irəli gəlir.Çox keçmədən aydın olacaq ki, Ermənistan koronavirusun ən ağır vəziyyətdə olan ölkədir, amma əslində bunun əksini bilirik və hər baxımdan ən yaxşı vəziyyətdəyik  şükürlər olsun  Tanrıya. Dünya mağazalarının piştaxtalarında vəziyyət necədir, Ermənistandakı  vəziyyətə baxaq”.

Paşinyan  deyib ki, elə hallar olubdur ki, vətəndaşı yanında heç bir simtomları olmayıb  lakin onu təcrid ediblər.ona görə ki, koronavirusla yoxmuş olub.”Ardıcıllıqla  gedib çoxsaylı  adamları  yoxlamışıq.Elə hadisələr  aşkar etmişik ki, insanın xəstələnəcəyi, sağalacağı və hətta koronavirusa yoluxduğunu bilməyəcəyi halları  da aşkar etdik”.

Qeyd edək ki, Ermənistanda  koronavirusla yoluxanların sayı 102-yə  çatıb.Hadisələrin  75%-i Eçmiadzin və  tikiş arteliylə  əlaqədardır.

Daha çox göstər
Back to top button