Başlıcaİctimaiyyət

Nubar Afeyan COVİD-2019 koronavirusa qarşı peyvənd və qorxudan danışıb

Martın 17-da Seattle-dəki Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri dörd könüllüyə peyvəndin eksperimental dozasını vurublar.
“Radio Voice of Van”-a müsahibəsində “Moderna Therapeutics”-in həmtəsisçisi və baş direktoru, erməni alimi, xeyriyyəçi Nubar Afeyan qeyd etdi ki, şirkət yarandığı gündən bəri yeni metod və vasitələr hazırlamağa başlayıb.

Son 10 il ərzində Moderna Therapeutics təxminən 2 milyard dollar investisiya qoyaraq, 20-dən çox dərman və müxtəlif xəstəliklərə qarşı vaksinlər hazırlayıb.

Nubar Afeyan müsahibəsində bildirib ki, COVİD-19 yayıldıqdan sonra, ABŞ Milli Sağlamlıq İnstitutu “Moderna Therapeutics”-a virusa qarşı yeni peyvənd üzərində işləyəcəyini təklif etdi.

“Biz həm texnologiya, həm də tərcübə baxımından hazır idik,və qısa müddətdə peyvəndin öz versiymızı hazırlaya bildir”,- deyə Nubar Afeyan bildirib.

O həmçinin qeyd etdi ki, COVİD-2019 koronavirusun əvvəlki verisyalarına həm bənzəyir, həm də fəqlənir, bu isə mübarizə baxımından çox əhəmiyyətlidir.

“Heyvanlarda yaranan və insanlara keçən iki növ koronavirus var. Yeni koronavirusun sürətlə yayılması və əhali arasında ölüm halları qorxuya gətirib çıxarıb. Xəbərlər internet üzərindən çox tez yayılır. Mən düşünürəm ki, hazırda iki növ təhlükə var- biri infeksiya, digəri isə qorxudur. Hər iki eyni sürətlə yayılır, bəzən qorxu daha sürətli olru”- deyə Afeyan qeyd etdi.

Daha çox göstər
Back to top button