BaşlıcaBeynəlxalq

“Sərhədsiz Reportyorlar” Əfqan Muxtarlıdan sonra digər jurnalistləri də azad etməyə çağırıb

“Sərhədsiz Reportyorlar” dünən Berlində ailəsinə qovuşan jurnalist Əfqan Muxtarlının azad edilməsini alqışlayır və Azərbaycan hakimiyyətini hələ də həbsdə olan digər 5 jurnalisti azad etməyə çağırır. Bu barədə mətbuat azadlığını müdafiə təşkilatının Twitter-dəki hesabında deyilir.

2017-ci ildə Azərbaycan hökumətində korrupsiya haqqında araşdırmalarından sonra gizləndiyi Gürcüstanda Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanmış Əfqan Muxtarlı 2018-ci ilin yanvarında 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Dünən o, cəzasının qalan hissəsindən azad edilib və Almaniyaya göndərilib.

Daha çox göstər
Back to top button