BaşlıcaSiyasət

Türkiyədə gözlənilməz inkişaf ola bilər

Amerika Sahibkarlıq İnstitutunun (AEI) eksperti  Maykl Rubin hesab edir ki, qorxu Türkiyə prezidenti Racəb Tayyib Erdoğanı koronavirusun Türkiyədə yayılması barədə yalan danışmasına məcbur edə bilər.

Türkiyə hökumətinin  məlumatlarına görə, yoluxanların sayı 49 nəfərdir. Bununla belə,hökumət mütəmadi olaraq yeni testlərin nəticələri barədə yenilənmiş məlumatlar  vermir. Bir tərəfdən bu, avtoritar sistemlərə xasdır, digər tərəfdən Türkiyənin siyasi və iqtisadi cəhətdən ciddi məsələləri var ki, onlar da koronavirusun ümumyoluxması şəraitində daha da kəskinləşir.

Müxtəlif informasiyalara görə türklərin  60 %-ə yaxını  yoluxmuş ola bilər və hökumət xüsusilə turizm sektoruna zərbə vura biləcək məlumatların yayımlanmasının qarşısını almaq üçün testləşməni dayandırır.

Öz növbəsində, koronavirusun yayılması Erdoğanın geosiyasi  proqramlarına zərbə vurdu. Xüsusilə, Suriyaya hərbi müdaxilə nəticəsində Erdoğan Avropa Birliyi  ölkələrinə milyonlarla qaçqın axınını göndərmək niyyətində idi və  beləliklə  AB-ni məcbur etməklə ki,özünün tələbləriylə  gərək   hesablaşsın.

Xüsusən Ankara Türkiyənin  Avropaya inteqrasiya danışıqlarını bərpa etməsini, Gömrük İttifaqı sazişinin təkmilləşdirilməsi məsələsində konkret addımlar atılmasını və qaçqınlar üçün vəsait ayrılmasını tələb edir.

Erdoğan İdlibdə vəziyyətin gərgin olduğu günlərdə “qaçqınların sınaq axınını” Avropaya doğru təşkil etdi ki, o da  Yunanıstan sərhədləri yanında  dayandırıldı.

Hazırda  AB-i koronavirusun ümumyoluxma  “sayyəsində” daha qətiyyətli addımlara  imkan əldə edib, məlum olub ki,  AB üçüncü ölkələrin vətəndaşları üçün xarici sərhədlərini qapayıb.

Bu şəraitdə qaçqın şantajı öz gücünü itirir və üstəlik, Avropa ilə qaçqınlarla bağlı danışıqlar yalnız bir faciə çərçivəsində aparıla bilər.

Üstəlik, qaçqınlar problemi bumeranq kimi Türkiyəyə qayıdır və ümumepidemiyanın ocaqlarından birinə çevrilə bilər.

İqtisadi tənəzzül,  epidemiyanın  alovlanması və geosiyasi proqramların süqutu şəraitlərində Türkiyədə gözlənilməz inkişaflar baş verə bilər.

Daha çox göstər
Back to top button