Başlıcaİctimaiyyət

Azərbaycanda COVID-19 şübhəli bilinən həkim karantindən qaçıb

Azərbaycanda koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim karantindən qaçdı. Haqqin.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həkim müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.

Operativ Qərargah xəbərdarlıq edir ki, sosial kənarlaşdırma tədbirlərinə əməl etməyən vətəndaşlara münasibətdə qanuna uyğun olaraq sərt tədbirlər görüləcəkdir.

Daha çox göstər
Back to top button
Close