Başlıcaİctimaiyyət

İT sektorun bir grup erməni mütəxəssisləri Ermənistanda koronavirusun mümkün yayılmasının modelini hazırlayacaq

Koronavirusun yayılması ilə bağlı məlumatların toplanması, təhlili, beynəlxalq tərəfdaşlarda olan məlumatlarla müqayisəsi, vəziyyətin proqnozlaşdırılması məqsədilə araşdırma qrupu formallaşdıb. Qrupa təhlilçilər, informasiya texnologiyaları və süni intellekt üzrə mütəxəssislər, digər mütəxəssislər cəlb olundu.

ER Yüksək Texnologiyalar Sənayesinin naziri Hakob Arşakyan, gələcək addımları və imkanları müzakirə etmək üçün yaradılan qrupun mütəxəssisləri ilə görüşdü.

Qrupun yaradılma məqsədi müasir texnologiyalardan istifadə edilməsi ilə ocaqların xəritələşdirilməsi, insanların hərəkəti ilə bağlı məlumatın yayılma zonaları və digər məlumatlar sayəsində koronavirusun (COVID-19) ümumi yayılma modelinin hazırlanmasdır, hansı ki səhiyyə sahəsinin infrastrukturlarının işləri üçün ciddi dəstək ola bilər.

Hakob Arşakyan, tədqiqat qrupunun fəaliyyətinin vəziyyətlə əlaqədar dəqiq məlumat almağa imkan verəcəyinə inandığını, bu xəstəliyin qarşısının alınması fəaliyyətlərinin daha yaxşı koordinasiya və idarə edilməsinə töhfə verəcəyini bildirdi.

Nazir, bu layihənin reallaşdırılması üçün hər bir mütəxəssisin bu birgə layihənin həyata keçirilməsində fərdi səylərinin vacibliyini vurğuladı.

Görüşdə qrupun fəaliyyət istiqamətləri, mənbələrin zəruriliyi və mümkün müddətləri təqdim edildi və müzakirə edildi.

Layihə ER Səhiyyə Nazirliyi və Yüksək Texnologiyalar Sənaye Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.

Daha çox göstər
Back to top button