
Qısa müddətdə koronavirusun nəticələri Ermənistan iqtisadiyyatına ciddi təsir göstərəcəkdir. Bu haqda İqtisadiyyat naziri Tiqran Xaçatryan martın 19-da jurnalistlərlə görüşərkən bəyan edib.
Onun sözlərinə görə, neftin qiymətinin enməsi dünya iqtisadiyyatında qeyri-sabitliyə səbəb olub. “Neft məhsulları və enerji mənbələrinin idxalçısı olan Ermənistan, ilk baxışdan bundan faydalanmalıdır. Lakin bu vəziyyət əsas ixrac bazarımız olan Rusiya iqtisadiyyatına zərbə vurdu və dünya miqyasında mis qiymətlərinin 6000 dollardan tutmuş 4.800 dollara enməsinə səbəb olub.
“Qeyd etmək lazımdır ki, keçən il bu məhsulun ixracından büdcə axınları 550 milyon dollardan çox təşkil edib”- deyərək o qeyd edib.
Tiqran Xaçatryan turizmin də zərər gördüyünü qeyd etdi. Nazir bu çətinliklərin, hər şeylə birlikdə gələcəkdə əlavə imkanlar yarada biləcəyinə inandığını bildirdi, buna görə də Ermənistan hökuməti bu gün yeni bir reallığın inkişafı planı hazırlayacaq təşkilatları təşviq etməyə hazırdır.