BaşlıcaSiyasət

Sosial sorğu: Artsax parlament seçkilərində “Azad Vətən” partiyası liderlik edir

Sosial sorğul nəticəsində “Azad Vətən” partiyası Artsaxda keçirilən parlament seçkilərində liderdir. Sorğuda iştirak edənlərin 39 faizi həmin partiyayanın  xeyrinə  səs verəcəklərini qeyd edib..

Verilən məlumatlara görə bu haqda  sosioloq Aharon Adibekyan martın 19-da mətbuat konfransında Artsax əhalisi arasında keçirilmiş  sorğunun nəticələrini təqdim edərək  bəyan edib.

Arayik Harutyunyanın Prezident seçiləcəyi üçün belə bir sosial, partiya dayağının  olması kifayət qədər ciddidir. O, Baş nazir olub, Bako Sahakyan ilə birlikdə işləyərkən ÜDM üç qat artmışdır, maaşlar həmçinin,  çoxsaylı sosial proqramlar həyata keçirilib və s. Rəhbərlik etdiyi “Azad Vətən” partiyası  kifayət qədər  tanınmışdır və yaşayış yerlərində  olduqca ciddi işlər  həyata keçirilib”-deyərək Adibekyan  qeyd edib..

“Birləşmiş Vətən” partiyası tərəfindən dəstəklənən Masis Mayilyana gəlincə, sosioloqun fikrincə, onların tanınmağa vaxtları olmayıb.

“Sorğuda iştirak edənlərin 11 faizi “Birləşmiş Vətən” partiyasına  səs verəcək”- deyərək  Adibekyan qeyd edib.

Sosial araşdırmalara görə, Vitali Balasanyanın “Ədalət” partiyası və Aşot Gulyanın “Artsaxın Demokratik” partiyası kifayət qədər təvazökar rəqəmlərə sahibdirlər.

Əgər bu partiyalar kampaniyada uğur qazansalar, 5% həddini keçə bilərlər və parlamentdə 4-5 partiya tərəfindən   formalaşan parlament ola bilrər”- deyərək Adibekyan sözlərini yekunlaşdırdı.

Daha çox göstər
Back to top button