Başlıcaİctimaiyyət

Bakıda pulsuz maskalar paylayan fəala 30 sutka həbs cəzası kəsildi

“Müsəlman Birliyi” Hərəkatının koronavirusa qarşı mübarizə məqsədilə Bakıda keçirdiyi aksiyanın iştirakçılarından Samir Babayevə 30 sutka inzibati həbs cəzası verilib. Sabunçu Rayon Məhkəməsinin qərarıyla o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib.

“Müsəlman Birliyi” Hərəkatı isə üzvünün həbsini keçirdikləri aksiya ilə əlaqələndirir. Təşkilatın üzvü olan gənclər martın 20-də Bakıda – metronun “28 May” stansiyasının yaxınlığında əhaliyə qoruyucu maskalar və virusdan qorunmanın yolları əks olunmuş broşürlər paylayıblar. Aksiyanı keçirənləri saxlayıb polis idarəsinə aparsalar da, sonradan sərbəst buraxılıblar.

Qeyd edək ki, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir.

Daha çox göstər
Back to top button