Başlıcaİctimaiyyət

Karantində saxlananlar narazılıq edir

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantində saxlananların bəzilərinin narazılıq etdiyi bildirilib. Azadliq.org-a əsasən, bu barədə karantində saxlanan jurnalist Nigar Mübarizə istinadən məlumat yayılıb. Məlumatda qeyd edilib ki, onları yoxlamadan palatalara yerləşdiriblər:

“Üstəlik yastıqlar, döşəküzləri pis gündə. Deyirsən, dəyişin, tibb bacisi cavab verir ki, mənim vaxtım yoxdur”, yayılan videolardan birində bildirilir.

Sosial şəbəkələrdə həmin xəstəxana olduğu deyilən yerdəki durumu əks etdirən videolar və şəkillər yayılıb.

Bundan əvvəl də Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanan şəxslərin müxtəlif narazılığı olub. Onlar saxlanma yerlərinin müasir tələblərə cavab verməməsindən şikayətləniblər. Sonradan rəsmi qurumlar bəzi xəstəxanaların baş həkiminin dəyişdirildiyini açıqlayıblar.

Daha çox göstər
Back to top button