Başlıcaİctimaiyyət

Komendant, vətəndaşlarının Ermənistana girməsinə icazə verilməyən ölkələrin yeni siyahısını hazırladı

Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq üçün elan olunmuş fövqəladə vəziyyətin komendantının qərarı ilə gərgin epidemioloji vəziyyətdə olan ölkələrin (ərazilərin) siyahısı hazırlandı.

ER-da fövqəadə vəziyyət elan etməklə bağlı hökumətin qərarıyla qeyd olunur ki, komendantın qəraryla müəyyən olunmuş gərgin epidemioloji vəziyyətdə olan ölkə əraziləri siyashısına daxil olunmuş ölkələrdən və ya girişdən 14 gün əvvəl bu ölkələrdə olan Ermənistan Respublikası vətəndaşlığı olmayan şəxslər ER ərazisinə girə bilməyəcək. İstisna yalnız diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatlar nümayəndələri, onların ailə üzvləri üçün olacaqdır.

ER hökumətinin rəsmi saytında deyiir ki, qərar 23 mart, saat 23-59-a qədər qüvvədədir.

Siyahı

  • Amerika Birləşmiş Ştatları
  • Avstraliya Birliyi
  • Avropa Birliyinə üzv ölkələr (Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Danimarka, Estoniya, İrlandiya, İspaniya, İtaliya, Latviya, Polşa, Litva, Lüksemburq, Xorvatiya, Kipr, Yunanıstan, Macarıstan, Malta, Portuqaliya, Rumıniya, Çex Respublikası, İsveç, Slovakiya, Sloveniya, Finlandiya, Fransa)
  • Türkiyə Respublikası
  • İsrail dövləti
  • İran İslam Respublikası
  • Kanada
  • Koreya Respublikası
  • Yaponiya
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  • Norveç Krallığı
  • İsveçrə Konfederasiyası
  • Çin Xalq Respublikası
  • Rusiya Federasiyası
  • Gürcüstan
Daha çox göstər
Back to top button