Başlıcaİctimaiyyət

Təcrid olunmuş vətəndaşlardan birinin ad günündə həkimlər ona sürpriz etmişdir

Həkimlər koronavirusun yayılması səbəbindən təcrid olunmuş vətəndaşlardan birini ad günü münasibətiylə ona sürpriz  edərək təəccübləndirilər.  Təcrid olunanlardan  birinin karantin rejimini  həyata keçirən Səhiyyə  təşkilatçısı  Nareq Vanesyan Facebook sosial şəbəkəsində bir  video materialını  yerləşdirib o haqda ki, həkimlər mahnı oxuyaraq tort və şirniyyatlarla vətəndaşın ad gününü necə təbrik edir.

“Ad günün mübarək. Rəhbərlik etdiyim  təcridxanalardan birində komandamızla   birlikdə müvəqqəti təcrid olunmuş həmyerlimizin doğum gününü belə təbrik edirik”-deyərək  Narek Vanesyan qeyd edib.

Videonu Səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoğosyan da öz səhifəsində yerləşdirib.

Səhiyyə nazirliyinin məlumatına görə, martın 21-də Ermənistanda 24 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb. 21 mart saat 10: 00-a olan vəziyyətə görə Ermənistanda təsdiqlənmiş koronavirus hallarının ümumi sayı 160 nəfərdir.

ER hökuməti Ermənistanda fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Qərar, martın  16-da olan iclasında yeni növ koronavirusun dünyada və Ermənistanda yayılması və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya meylliliyini nəzərə alaraq, qəbul edildi.

Ermənistan Respublikası Hökumətinin qərar layihəsində deyilir: “Ermənistan Respublikasının bütün ərazisində  2020-ci il martın 16-dan saat 18: 30 –dan başlayaraq, 2020-ci il  aprelin 14-ə kimi  saat  17:00-da Fövqəladə  vəziyyət  elan olunub”-deyərək  ER hökumətin qərarı layihəsində  bildirilib.

Daha çox göstər
Back to top button