Anna Hakobyan, koronavirusun qarşısının alınmasına dair bukletlər paylayır: “Həyatımız 360 dərəcəylə çevrilib”

Martın 23-də Baş nazir Nikol Paşinyanın xanımı Anna Hakobyan vətəndaşlara koronavirusun profilaktikası barədə vərəqələr paylayıb. O, jurnalistlərə söhbətində deyib ki, özü Səhiyyə nazirliyinə könüllü kömək etmək qərarına gəlib.
“Səhiyyə nazirliyi bu fəlakətə qarşı çıxmaq üçün müxtəlif sahələrdə könüllülərin lazım olduğuna dair bir bəyanat etmişdir. Bəyanatda deyilir ki, bu dəhşətə müqavimət göstərmək üçün müxtəlif sahələrdə könüllülər lazımdır. Biz də dərhal müraciət etdik.
Ona görə ki, Fövqalədə vəziyyətlə əlaqədar, digər ölkələrlə təmasların məhdudiyyəti, həm də necə Baş nazirin xanımı olaraq mənim fəaliyyətim də dayandırılıb, bütün proqramlar təxirə salınıb, təmaslar məhdudlaşdırılıb.Mən də qərara gəldim ki, könüllü yazılım heç olmazsa harada ki, ehtiyac var az da olsa öz əməyimi sərf edim .
Nazirlikdən mənə dedilər ki, çoxsaylı könüllülərimiz var və məni uzaq saxlamağa çalışdılar. Lakin biz təkid etdik ki, belə mümkün deyil mən gərək mütləq nəsə bir işlə faydalı olum”-deyərək Baş nazirin xanımı qeyd edib.
Vərəqələrin yayılmasında problem olduğunu və bunun hər şeydən öncə ilk növbədə özünün simasıyla yaymağın vacib olduğunu dedi. “Kitabça bu şəraitlərdə nə etməli, necə təcrid olunmalı və s.barəsindədir. Bunu məmnuniyyətlə insanlarla bölüşəcəyəm, onlara cansağlığı diləyəcək və lazımi orqanların verdiyi göstərişlərə əməl etməyi məsləhət görəcəyəm”.
Vətəndaşların onunla şəkil çəkdirmək istədikləri üçün problem yarana biləcəyi barədə jurnalistin sorğusuna cavab olaraq Anna Hakobyan dedi: “Düşünmürəm, çünki bu gün təcrid olunduqdan sonra çıxdığım ilk gündür. Bir dəfə Baş nazirlə mağazaya gedib evə qayıtmışam.
Bu gün bir an küçədə gəzdim və hamının çox diqqətli olduğunu gördüm. Heç bir qucaqlaşma yox idi. Məsafədə dayanaraq birimiz digərimizə can sağlığı dilədik”.
Bütün o vasitələr nəyin haqqında ki, bəyan edirik….Bildiyiniz kimi Sevana getmişdik.Elə oradan da hər şey alovlandı. Sevandan Yerevana qayıtdıqdan sonra sadəcə olaraq evdən bayıra çıxmayırdıq. Dezinfeksiyaedici maddələrdən istifadə edirik.Öz gündəliyimizi evdə təşkil edirik ki, o da kifayət qədər çətindir.
Redaktorlar şikayət edir ki, komendant məntəqəsi mətbuat vasitələrini, fərdiləri məcbur edir ki,koronavirusun yayılmasıyla bağlı materialları uzaqlaşdırsınlar.Məgər bunlar söz azadlığının məhdudiyyəti olaraq nəzərdə tutulmurmu?-sualına Anna xanım Hakobyan dedi: “ Desəm ki, bizim həyatımız 360 dərəcə çevrilibdir, səhv etmiş olmaram.
Bizim həyatımızın təbii qanunla gedişatı artıq mövcud deyil. Bütün bu sorğular sanki keçmiş həyatdandır.Minimal psixi travmalarla xalqımız gərək bu vəziyyətdən çıxmağı bacarsın. Həmin məhdudiyyətlər eləcə də buna istiqamətlənib.Biz indi keçidli bir boşluq içəriisndəyik və gələcəyə doğru gedirik. Təhlükələr görmürəm və ümidvaram ki, hamı da bu məsələlərə anlaşmayla yanaşacaq”.