ArtsaxBaşlıca

AR XİN: “ABŞ tərəfindən Artsaxda layihələrin maliyyələşdirilməsini dayandırmaq təəssüf doğurur”

Artsax Respublikası Xarici işlər nazirliyinin  informasiya və İctimaiyyətlə əlaqələr  idarəsi, ABŞ-ın Artsaxdakı “The HALO Trust”  layihələrinin maliyyələşdirilməsini dayandırması barədə yayılan məlumatlara münasibət bildirib.

ABŞ-ın “HALO Trust” qeyri rəsmi beynəlxalq təşkilatı tərəfindən Artsaxda həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırmaq məsələsini  necə şərh edəcəyi barədə suala, XİN-dən  cavab verilib:

“ABŞ-ın Beynəlxalq İnkişaf agentliyi (USAİD) tərəfindən  “The HALO Trust”  təşkilatına  təqdim olunan Artsaxda humanitar minatəmizləmə proqramlarının maliyyələşdirilməsi   yuxarıda qeyd olunan büdcəyə uyğun olaraq maliyyələşdirilib və  2020-ci ildəsə sona çatıb.

Bununla belə,Artsaxda humanitar minatəmizləmə işləri hələ tam başa çatmamışdır və Artsax əhalisi üçün mina ilə əlaqəli təhlükələr qalmaqdadır. Humanitar minatəmizləmə Artsax xalqı üçün olduqca vacibdir, çünki mülki əhalinin iqtisadi və sosial fəaliyyət üçün təhlükəsizliyini,  fəaliyyətini və şəraitini təmin edir.

Bu çərçivədə layihənin maliyyələşdirilməsini dayandırmaq qərarı təəssüf doğurur.

Qeyd etmək lazımdır ki, ABŞ Konqresi növbəti maliyyə ilində ABŞ-ın Xarici Yardım Qanunu ilə bağlı müzakirələri davam etdiriləcək və 75 konqresmen Konqresin Təsisatlar Komitəsinin rəhbərliyinə 2021-ci ildə  səsverməyə çağırış məktubu ünvanladılar ki, Artsaxda minatəmizləmə işlərinin davam etdirilməsi üçün büdcədə vəsait ayrılması nəzərdə tutulsun.

Eyni zamanda ABŞ hakimiyyətlərinin nümayəndələri  Artsaxa dair digər layihələri nəzərdən keçirmək   imkanından danışdılar. Ümid edirik ki, ABŞ hökuməti Artsaxda digər inkişaf və humanitar proqramların həyata keçirilməsinə dəstəyini davam etdirəcəkdir.

ABŞ xalqına və hökumətinə Artsaxa uzun illərdir verdiyi dəstək sayəsində çoxsaylı layihələrin həyata keçirildiyi üçün öz təşəkkürümüzü bildirmək istərdik.

Daha çox göstər
Back to top button