Siyasət

DQMŞ: Hakimiyyət onu tənqid edənlərin sıxışdırılması üçün pandemiyadan istifadə edir

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayaraq müxalifəti təqib etdiyinə görə hakimiyyətin hərəkətini pisləyib, qınayan bəyanat yaydı. Məlumatı Turan agentliyi yayıb.

Əsasən DQMŞ Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun uydurma ittiham ilə həbsi, AXCP Cəlilabad rayon təşkilatının fəalı Anar Məlikovun inzibati həbsi (guya epidemioloji rejimi pozduğuna görə), Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin inzibati həbsi.

Bu repressiv tədbirlər İlham Əliyevin koronavirus pandemiyası fonunda fövqəladə vəziyyətin elan edilməsinin və “beşinci kolon”, “düşmənlər”, “satqınlar” adlandırdığı müxalifətin təcrid olunmasının mmükünlüyünü bəyan etdikdən sonra baş verib.

Bəyanatda T.Yaqubluya qarşı təxribat xüsusilə qeyd olunur. Belə ki, martın 22-də park edilmiş vəziyyətdəki avtomobilini başqa bir avtomobil vurub. Həmin avtomobildə olan şəxslər T.Yaqubluya hücum ediblər.

Baxmayaraq ki, T.Yaqublu özü polis çağırıb, onu CM-in 221.3-cü maddəsi (xuliqanlıq) ilə ittiham edərək saxlayıblar.

Sözügedən həbslər, DQMŞ-nin digər üzvü Fuad Qəhrəmanlıya təhdidlər, digər fəalların polisə çağırılması göstərir ki, hakimiyyət müxalifəti sıxışdırmaq üçün pandemik vəziyyətdən istifadə edir.

Belə ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov “İki virusa qarşı mübarizə” başlıqlı yazı dərc etdirib və orada eyni vaxtda koronavirus və müxalifətə qarşı mübarizənin vacibliyindən danışır. Bu, repressiyaya göstərişin ən yüksək səviyyədə verildiyini təsdiqləyir.

DQMŞ yerli və beynəlxalq ictimaiyyəti olaylara adekvat reaksiya verməyə, rejimin “vəziyyətdən istifadə edərək diktaturanı möhkəmləndirməsinə” imkan verməməyə çağırır.

Bəyanatda hakimiyyət repressiyalara son qoymağa və bu cür addımların yalnız xalqın qəzəbini artıracağını anlamağa çağırılır.

“Heç bir hədə-qorxu, kütləvi həbslər xalqın ədalət və azadlıq uğrunda mübarizəsini durdura bilməz”, – bəyanatda vurğulanır.

Daha çox göstər
Back to top button