BaşlıcaSiyasət

Ermənistan qlobal atəşkəs çağırışını dəstəkləyir: ER Xİ naziri Quterreşin çağırışına toxunub

Ermənistan BMT-nin Baş katibi Antonio Gutereşin dünyanın bütün guşələrində qlobal atəşkəs barədə çağırışını tam dəstəkləyir. Bu barədə ER Xarici işlər naziri Zohrab Mnatsakanyan  öz “Twitter” səhifəsində yazıb.

“Ermənistan BMT-nin baş katibi Antonio Quterreşin çağırışını tam dəstəkləyir, odur ki,  bütün bəşəriyyət ortaq bir düşmən olan COVID-19-ə qarşı mübarizə apararkən  dünyanın bütün guşələrində qlobal atəşkəs yaratsın”- deyə Mnatsakanyan yazıb.

Quterreş öz video mesajında xüsusən deyib ki, silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. O qeyd edib ki, bu virus milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca əhəmiyyət vermir, bütün insanlara amansızcasına hücum edir.

“Dünyanın müxtəlif yerlərində silahlı münaqişələr davam edir. Bunun ən böyük əziyyətini ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər, habelə təcrid olunmuş zümrələr və köçkünlər çəkir. Onların COVID-19-a görə ən ciddi itkilərə məruz qalma riski də yüksəkdir. Unutmayaq ki, müharibə vəziyyətində ölkələrdə səhiyyə sistemləri də dağılmış halda olur. Sayı onsuz da az olan səhiyyə işçiləri tez-tez hədəfə çevrilirlər.
Müharibə nifaqına son qoyun və dünyamızı məhv edən xəstəliklə mübarizə aparın. Buna görə bu gün dünyanın hər yerində dərhal qlobal atəşkəsə çağırıram”- deyə o, vurğulayıb.

Daha çox göstər
Back to top button