BaşlıcaSiyasət

Ermənistanda məhkəmə prosessləri də uzaq məsafədən keçiriləcək

Ermənistanda olan  bütün məhkəmələrə  video kameralar və projektorlar verilib və  audio bağlantılarıyla  təmin edilibdir.

Ermənistanda koronavirusun qarşısını almaq üçün elan edilmiş Fövqəladə vəziyyət şəraitində məhkəmə  prosesslərində  həmçinin  uzaq məsafəli üsulla iştirak etmək  mümkün olacaq.

Ali Məhkəmə Şurası  məlumatlandırır ki,yaranmış vəziyyətdə məhkəmələrin təbii qanunla fəaliyyətinin  təmini mühümlüyünü və mövcud qanunverici  imkanlarını hesaba almaqla ER məhkəmələrinə  video görüntülər və projektorlar verilib.

Bütün bunlar ER  Mülki  Məhkəmə Məcəlləsinin 145-ci maddəsinə əsasən  məhkəmə iştirakçılarının telekommunikasiya və audio bağlantısı vasitəsiylə tərəflərin  iştirakını təmin edir. Hal-hazırda hər məhkəmədə ən azı bir məhkəmə salonunda lazımi səs avadanlığı quraşdırmaqla səsli rabitə təmin edilməsi sisteminin tətbiqi üçün müvafiq mühəndis və texniki işlər aparılır” – deyərək Ali Məhkəmə Şurasının yaydığı bəyanatda bildirilir.

Məhkəmə iclasları yaxın günlərdə video vasitəsilə başlayacaq.

Xatırladaq ki, Ermənistanda bu günki   müddətdə  koronavirusla yyoluxmanın 194 hadisəsi təstiq olunub.Xəstəxanadan 2  nəfər  müalicə alaraq sağlam evinə gedib

Daha çox göstər
Back to top button