BaşlıcaSiyasət

Pargev Srbazanın sensasiyalı bəyanatı

Aprel müharibəsi üçüncü dəfədir ki, bizi dayandırdılar. Bunu Armnews TV-ə verdiyi müsahibə zamanı Erməni Apostol Kilsəsinin Artsax teminin rəhbəri, arxiyepiskop Pargev Martirosyan söyləyib.

“Əks-hücum aparmalı və digər işlərimizə davam etməliydik. Ancaq bizi zəng edib atəşkəs təklif etdiklərini dedilər”-deyə Pargev Srbazan qeyd edərək əlavə edib ki, irəliləməyimiz halında İlham Əliyevin vəziyyəti təsəvvür etmək çətin  olardı.  “Atəşkəs olacağını deyəndə çox qəzəbləndim. Artıq bir hərbçini  itirməyə hazır deyildim. İrəli getməliydik, amma Azərbaycan atəşkəs ilə üçüncü dəfə bizi dayandırdı”. Sirr deyildir ki, ordumuzu həm  Birinci Artsax müharibəsi, həm də Aprel müharibəsi zamanı danaydırdılar. Yanaşmalar və baxışlar fərqlidir, amma irəliləməyimizin dayandırılması faktı  heç kim şübhə altına qoymur. Srbazanın dediklərindən aydın olur ki, Azərbaycan atəşkəs təklifi ilə ordumuzun irəliləməsini dayandırdı. Ən əsası, ” irəliləməyimiz halında İlham Əliyevin vəziyyəti təsəvvür etmək çətin olardı”.

Pargev Srbazanin dedikləri əslində sübut edir ki, həm danışıqlar prosesində, həm də hərbi əməliyyatlarda siyasi rəhbərliyin əsas problemi Əliyevin mövqeyinin və üzünün qorunması idi.

Srbazanın bu açıqlamaları Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana suallar yaradır. Gerçəktən Azərbaycanın təklifiylə Ermənistan üçün tamamilə fərqli, daha əlverişli hərbi-siyasi vəziyyətlə nəticələnəcək Ermənistan ordusunun irəliləməsi dayandırdı, yoxsa başqa “təkliflər” var idi?

Heç olmasa, danışıqlar proses, erməni hüquqlarının digər iştirakçıların və oyunçuların, daha doğrusu Rusiya-Azərbaycan tandeminin maraqlarına tabe olunduqda, hərbi qələbənin ləğvi məntiqi üzərində qurulurdu.

Yaxşı olardı ki, Pargev Srbazan bütün xırdalıqları da desin ki, növbəti dəfə Ermənistan ordusu Ermənistan ərazilərini azad edərsə, atəşkəsi “şübhəli zənglər”tərəfindən deyil, məhz erməni tərəfindən tətbiq edilsin.

Daha çox göstər
Back to top button
Close