İctimaiyyət

Azərbaycanda azadlıqların pozulmasına dair hesabat dərc edilib

“2019-cu ildə Azərbaycanda insan hüquqlarına və demokratik azadlıqlara əməl edilməsində irəliləyiş olmayıb. Fundamental azadlıq və qanunun aliliyi prinsipi pozulub, hakimiyyət vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı zorakılıq tətbiq edib, sərf etməyən siyasi xadimlərin ölüm təhdid edilməsi halları qeydə alınıb. Ötən illərdən qalan analoji problemlərin həlli ilə bağlı real addımlar atılmayıb”, – “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi”  ictimai təşkilatının hesabatında deyilir.

Hesabatda 2019-cu ildə Azərbaycanda hakimiyyət tərəfindən vətəndaş cəmiyyəti fəallarına və demokratik siyasətçilərə qarşı çoxsaylı zorakılıq faktları sadalanır. Həmçinin hüquq-mühafizə orqanlarının KİV və jurnalistlərə qarşı qanunsuz hərəkətləri qeydə alınıb. 2019-cu ildə ölkədə mitinq və toplantıların keçirlməsinə de-fakto qadağa tətbiq edilib, yanvar-dekabr aylarında ölkədə jurnalistlərin həbsi və saytların bloklanması davam edib.

Eyni zamanda Azərbaycanda ciddi korrupsiya hadisələri baş verib, bütün iqtisadiyyat məmurlar, hüquq-mühafizə orqanlarının rəhbərləri və deputatlar arasında bölüşdürülüb. Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatının öhdəliklərini qəbul etməyib ki, bu da hökumətin iqtisadiyyatda şəffaflıqla bağlı beynəlxalq tələblərə əməl etməməsinə imkan yaradır. Hökumət 2019-cu ilin mayında Avropa İttifaqı ilə Strateji saziş imzalamaqdan imtina edib ki, bu da Azərbaycanda insan hüquqlarının və demokratiyanın pozulmasına qarşı effektiv mübarizə aparmağa imkan vermir.

Sənəddə məhkum jurnalist Ə.Muxtarlının cəzaçəkmə yerlərində saxlanma şəraitilə bağlı açıqladığı məlumatlar yer alıb. Əfv  ilə azad edilmiş Bayram Məmmədov və digər fəalların təqib olunması şəraiti təsvir edilib. Hakimiyyət hətta xaricdə siyasi sığınacaq almaq məcburiyyətində olan vətəndaşları da təqib edir”, – “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi”,- Mərkəzi diqqəti yönəldir.

Hesabatda mühakimə olunmuş və saxlamılan fəallara qarşı zorakılıq edən hüquq-mühafizə orqanları işçilərinin siyahısı verilib.

Daha çox göstər
Back to top button
Close