Başlıcaİctimaiyyət

Vətəndaşlar evdən ehtiyac olmadan çıxdığı halda cəzalandırılacaq

Hərəkətin məhdudlaşdırılması qərarını pozanlar inzibati məsuliyyətə cəlb oluna bilər, lakin başqa bir şəxsin yoxulmasına səbəb olduğu üçün cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

ER Baş nazirinin müavini, fövqəladə vəziyyətinin komendantı Tigran Avinyan ER Baş naziri Nikol Paşinyanın təqdim etdiyi ER vətəndaşlarının hərəkətlərinin məhdudlaşdırılması barədə qərarı qəbul etdi.

Qərar ER hökumətinin rəsmi saytındadır və martın 24-də, saat 00:00-dan martın 31-i, saat 23:59-dək qüvvəədə oacaqdır.

Vətəndaşlar yalnız ərzaq mağazaları, apteklər, kənd təsərrüfatı bazarları, xəstəxanalar və digər tibb müəssisələrinə gedə bilərlər, o da yalnız şəxsiyyət vəsiqəsi və müvafiq kağızı olduğu halda.

Vətəndaşlar gündə bir dəfə evlərin yaxınlığında velosiped sürə bilər, maşınlarda isə, ən çox iki nəfər ola bilər.

Evdan çıxmaq üçün tətbiq olunan kağızda tarix, vətəndaşın adı, soyadı, atasının adı, çıxış vaxtı, çıxış ünvanı, ziarət edilən yerin adı və evdən çıxma məqsədi, dönüş vaxtı və vətəndaşın imzası qeyd olunmalıdır.

Ermənistan Respublikası vətəndaşları məhdudlaşdırma qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilə bilər və əgər bu müddət ərzində başqa bir şəxsin yoxulmasına səbəb oldularsa, cinayət məsuliyyətinə cəlb ediləcəklər.

ER Polisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimləri və komendantın qərarı ilə işləri məhdudlaşdırılmayan şirkətlərin işçiləri istisnadır.

Xatırladaq ki, Ermənistanda koronavirusun yayılmaması üçün 16 martdan 14 aprelədək fövqəladə vəziyyət elan olunmuşdur.

Daha çox göstər
Back to top button
Close