BaşlıcaTəhlil

Xramçixin: Bakı Ermənistan və Rusiya Hava hücumundan müdafiə qüvvələrinin hədəfində olacaq

Rusiyanın «Военно-промышленный курьер» nəşri Dağlıq Qarabağla bağlı gedişatların mümkün ssenariləri barədə Siyasi və Hərbi Araşdırmalar İnstitutunun sədr müavini Aleksandr Xramçixinin məqaləsini dərc edib.

Tarixçi qeyd edir ki, Qarabağda müharibə qaçılmazdır, çünki erməi tərəfi status-kvonu saxlamaq istəyir, Azərbaycan tərəfi isə, ərazilərin itirilməsi ilə razılaşmır. Sülh varyantı yalnız tərəflərdən birinin kapitulasiyası hada ola biləcəkdir.

Müüəlif vurğulayır ki, Azərbaycan ordusu Ermənistan və DQR ordusundan silahlanması ilə üstündür, lakin bu haledici bir hal deyil.

“Məsələ ondadır ki, 1994-cü ildə vəziyyət oxşar idi və bu, Azərbaycanın dağıdıcı məğlubiyyətə uğramasına mane olmadı” deyə müəllif yazır.

Qeyd edilir ki, mümkün müharibədə erməni tərəfi üçün ərazilərin saxlanılması, Azərbaycan üçün isə, bütün ərazilərin “qaytarılması” müvəffəqiyyət olacadır.

Vurğulanır ki, ermənilər müdafiə tərəfi olacaq, azərbaycanlılar isə hücum etməyə məcburdur . Dörddə bir əsr ərzində DQR-də güclü bir istehkam sistemi yaradıldı, ümumilikdə ərazi müdafiə üçün çox əlverişlidir. Yerevanda və Stepanakertdə əmin ola bilərlər ki, bu imkanlarla Azərbaycanın hücum potensialı tamamilə itiriləcək və onun bərpası hətta illər, hətta onilliklər tələb edəcək.

Onun fikrincə, Azərbaycan Qarabağı yalnız bir istiqamətə “vura” bilməz, çünki “meşoka” düşəcək. Bütün cəbhə boyunca irəliləməksə mümkün deyil. Tarixçi qeyd edir ki, Ermənistan münaqişəyə qarışsa, Rusiya qüvvələri döyüşə girə bilər.

“Əgər Azərbaycan təyyarələri Yerevanı bombalamağa başlasa, demək olar ki, təkcə erməni deyil, həm də Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin hədəfində olacaqdır”, – məqalədə deyilir.

Aleksandr Xramçixin əlavə edir ki, Ermənistan tərəfi yalnız NATO-ya inanıb Rusiya ilə əməkdaşlığa zərər verdiği halda ərazilərini itirə bilər.

Daha çox göstər

Həmçinin yoxlayın

Close
Back to top button
Close